reklam
Talıbov gümüş medal qazandı -
Sportfm.az xəbər saytı

Talıbov gümüş medal qazandı -Dünya çempionatı


Azərbaycan cüdoçusu Vüqar Talıbov Portuqaliyanın Odivelas şəhərində gənclər arasında təşkil olunmuş dünya çempionatında gümüş medal qazanıb.
Sportfm.az xəbər verir rki, 20 yaşlı idmançı 90 kq çəki dərəcəsində mundialı ikinci pillədə başa vurub.

1/16 finaldan mübarizəyə qoşulan Talıbov finala qədər bütün rəqiblərini üstələsə də, həlledici görüşdə yaponiyalı Komei Kavabataya məğlub olub.

Bu çəki dərəcəsindəki digər təmsilçimiz İsmayıl Zamanov 1/8 finalda dayanıb. Ömər Rəcəbli isə 81 kq-da bürünc medal qazanmaq şansını son anda əldən verib. O, təsəlliverici dueldən üstün ayrılsa da, bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Naoto İzavaya uduzub.

Daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal əldə ediblər.

Oxşar xəbərlər

Daha bir cüdoçumuz gümüş medal qazandı - Böyük Dəbilqə
Daha bir cüdoçumuz Qran-pridə medal qazandı
Azərbaycan cüdoçuları ikinci oldu - Dünya çempionatı
Daha üç cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Azərbaycanın cüdoçuları iki çəkidə mübarizə aparacaq - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər