Millimizin üzvü Yunanıstan kubokunu qazandı
Azərbaycan millisinin və "Panathinaikos"un voleybolçusu Marqarita Stepanenko Yunanıstan kubokunu qazanıb.
Sportfm.az xəbər verir ki, onun komandası finalda “Tiras”ı məğlub edib. 29 yaşlı hücumçu bununla bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə təəssüratlarını bölüşüb. Stepanenko deyib:
“Yunanıstan kubokunu qazandığımıza görə çox şadam. “Panathinaikos” 12 il idi ki, bu kuboku qazana bilmirdi. Bu qələbə komandamız üçün tarixi hadisə oldu. Düşünürəm ki, bu tarixi biz yazdıq. Qələbədə mənim də payım olduğu üçün xoşbəxtəm. Ümumiyyətlə, çox maraqlı oyunlar oldu. İlk rəqibimiz “Olimpiakos” klubu idi. Biz ilk matçı 3:2 hesabı ilə qalib gəldik. Ardınca güclü AEK-lə üz-üzə gəldik və tay-brekdə qələbə qazanaraq, yarımfinala vəsiqə qazandıq. Finala gedən yolda “İlisiakos”u mübarizədən kənarlaşdırdıq. Həlledici matçda isə “Tiras”ı məğlub edərək kuboku qazandıq. Biz bu yarışa həm fiziki, həm də psixoloji olaraq hazırlaşmışdıq. Oyunçular, məşqçilər korpusu, azarkeşlərimiz inanırdıq ki, qalib gələ bilərik. Bu kuboku qazanmamaq üçün bir səbəbimiz yox idi. Sonda biz bunu bacardıq. Qarşıda bizi çempionat oyunları gözləyir. Məqsədimiz çempion olmaqdır”.
Qeyd edək ki, "Panathinaikos” 12 ildən sonra yarışın qalibi olub.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |