reklam
Sportfm.az xəbər saytı

"Panathinaikos" futbolçuları məşqə çıxmaqdan imtina etdi


Yunanıstanın köklü klublarından olan "Panathinaikos"un maliyyə çətinlikləri davam edir.

Sportfm.az xəbər verir ki, Afina klubunun futbolçuları dekabrdan bəri məvaciblərini almaqdıqlarından ötən gün keçirilən məşqə çıxmayıblar. Komanda üzvləri "Panathinaikos" prezidenti Vasilis Konstantinuya bildirib ki, məvaciblər ödənilməyənə kimi tətil edəcəklər. Klubun maliyyə problemləri əsas səhmdar Yannis Alafuzosun dəstəyini dayandırmasından sonra başlamışdı. Ötən həftə Yunanıstan Superliqası "Panathinaikos"un sabiq futbolçusu Yens Vemmerə 500 min avro borcuna görə onun aktivindən 3 xal silmişdi.

Oxşar xəbərlər

"Zirə"nin rəqibi "Dalğa Arena"da məşqə çıxmaqdan imtina etdi
Millimizin üzvü Yunanıstan kubokunu qazandı
Onlar məşqə çıxmadılar - FOTO
Futbolçular məşqə çıxmadı - Məvaciblərini ala bilmirlər
Hallidey: "Afinadan sərfəli nəticə ilə qayıda bilərik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər