reklam
Daha bir güləşçimiz Avropa çempionu oldu -
Sportfm.az xəbər saytı

Daha bir güləşçimiz Avropa çempionu oldu -UĞUR


Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib gürcüstanlı İrakli Dzimistraişvili olub.

Rəqibinə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.

Oxşar xəbərlər

Daha iki güləşçimiz Avropa çempionu oldu
Yığmamız Avropanın 3-cü güclü komandasıdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş medal - UĞUR
Azərbaycan güləşçiləri erməniyə rəqib oldu - Avropa çempionatı
Nihat dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər