"Bütün ruslara mənim çəkdiyimi arzulayıram" -Millimizin üzvü
Ukraynanın İrpen şəhərindəki mənzili silahlı hücuma məruz qalan Azərbaycan milli komandasının qadın cüdoçusu İrina Kindzerska və ailəsi hazırda təhlükəsiz yerdədir.
Sportfm.az xəbər verir ki, məlum hadisələrlə əlaqədar ilk günlərdən idmançı və onun ailəsi ilə daimi əlaqədədirlər.
Federasiya Kindzerska və ailəsinə imkanları daxilində lazımi dəstəyi göstərməyə hazır olduğumuzu bildirib.
Kindzerskanın özü isə şəxsi instaqram səhifəsində üzləşdiyi hadisə ilə bağlı bunları yazıb: "Bütün ruslara mənim çəkdiyimi arzulayıram. Bu gün biz evsiz qaldıq. Amma Allaha şükür sağıq. Hamınıza dərindən nifrət edirəm".
Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.

Oxşar xəbərlər
Olimpiya mükafatçımız soyadını dəyişdi
Azərbaycan ilk medalını qazandı - Tokio - 2020
Dörd idmançı yığmamızı tərk etdi - AÇIQLAMA
Cüdoçumuz Qran-pridə qızıl medal qazandı
Yığmamız Almaniyadan qızıl medalla dönür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası