reklam
Cüdoçumuz Qran-pridə qızıl medal qazandı
Sportfm.az xəbər saytı

Cüdoçumuz Qran-pridə qızıl medal qazandı


Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-pridə qızıl medal qazanıb.

Sportfm.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan Kindzerska finalda braziliyalı rəqibi Beatris Souzanı məğlub edib.

Beləliklə, Azərbaycan millisi Qran-prini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurub. Kindzerskadan əvvəl Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72 kq) və Elmar Qasımov (100 kq) bürünc medala yiyələnib.

Bu nəticə ilə Azərbaycan yığması yalnız Gürcüstandan geri qalaraq, 75 iştirakçı ölkə arasında 2-ci yeri tutub.

Oxşar xəbərlər

Millimiz 40 ölkə arasında 4-cü oldu - Avropa çempionatı
Azərbaycan cüdoçusu Kindzerska Qran-pridə medal qazandı
Cüdoçumuz finalda!
3 cüdoçumuz Qran-pridə medal uğrunda görüşlərə vəsiqə qazandı
Azərbaycan cüdoçuları Qran Pridə 3 qızıl, 1 bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər