reklam
Sportfm.az xəbər saytı

"Abşeron"un qızları hamıdan güclü oldu -Birincilik


2006-2007 təvəllüdlü voleybolçu qızlar arasında keçirilən Bakı birinciliyi yekunlaşıb.

Sportfm.az xəbər verir ki, 6 komandanın – “Azərreyl-1”, “Abşeron”, “Murov”, “Xətai”, “Sərhədçi” və “Azərreyl-2”nin iştirak etdiyi yarış dairəvi sistemlə təşkil olunub. 

Görüşlərdən sonra 7 xal toplayan “Abşeron” qalib adını qazanıb. Onlardan 1 xal az yığan “Sərhədçi” ikinci yeri tutub. “Üçlüy”ü 4 xala malik “Xətai” qapayıb. 

Azərbaycan Voleybol Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medal və diplomlar verilib. Mükafatları Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov, “Sərhədçi” voleybol klubunun prezidenti Firdovsi Umudov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Samir Kazımov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Valentina Sultanova təqdim ediblər.

Oxşar xəbərlər

"Murov" mövsümü zirvədə bitirdi - Yüksək Liqa
"Abşeron"u durduran tapılmır
Superliqada növbəti oyunların proqramı - SİYAHI
Abşeron Olimpiya İdman Kompleksində Bakı birinciliyi keçiriləcək
Azərbaycan çempionatının təqvimi məlum oldu - İlk dövrə fevralın 2-də yekunlaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər