"Murov" mövsümü zirvədə bitirdi - Yüksək Liqa
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/22 mövsümünə yekun vurulub.
Sportfm.az xəbər verir ki, 4 dövrəlik çempionatın sonuncu – 20-ci turunun oyunları bu gün “Murov” voleybol klubunun idman zalında təşkil olunub.
Günün ilk matçı “Neftçi” və “Murov” komandaları arasında olub. Görüşün qalibi tay-brekdə müəyyənləşib. “Murov”u 3:2 (26:24, 25:17, 27:29, 20:25, 15:12) hesabı ilə məğlub edən “Neftçi” çempionatı qələbə ilə başa vurub.
Turun və mövsümün son matçında isə “Sərhədçi” MOİK-lə üz-üzə gəlib. Oyun “Sərhədçi”nin 27:25 hesablı üstünlüyü ilə başlasa da, MOİK sonrakı setlərdə qalib gəlib – 25:12, 25:23, 25:13. Rəqibini 3:1 hesabı ilə məğlub edən Eldar Əliyevin komandası son duelindən 3 xalla ayrılıb.
Beləliklə, “Murov” 42 xalla Yüksək Liqanın çempionu tituluna yiyələnib. Onlardan 5 xal az toplayan “Neftçi” gümüş medala sahib olub. MOİK isə 28 xalla “üçlüy”ü qapayıb. 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” 4-cü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb.
İlk “üçlük”də yer alan klublara medal və diplomlar aprelin 23-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq 2021/22 mövsümünün bağlanış mərasimində təqdim ediləcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |