reklam
Sportfm.az xəbər saytı

"Biz Ukrayna xalqı olaraq sülhə ümid edirik" -Mariya Stadnik


Rusiya ilə Ukrayna arasında müharibə ehtimalının artması dünya gündəmini zəbt edən əsas məsələyə çevrilib. Siyasi analitiklər silahların işə düşməsinin çox da uzaqda olmadığını, hətta yaxın saatlarda müharibənin başlayacağını bildirirlər. 

Sportfm.az xəbər verir ki, Ukrayna əsilli azərbaycanlı güləşçi Mariya Stadnik Ukrayna – Rusiya məsələsi ilə bağlı açıqlama verib. O, hazırda Ukraynada olduğunu və orda vəziyyətin getdikcə gərginləşdiyini bildirib:

“Hazırda Ukraynanın Lvov şəhərindəyəm. Burda hələ sakitçilikdir. Lakin insanlar çox gərgin vəziyyətdədir. Ölkənin qərbinə doğru sürətli axın var. Məktəblər bağlanıb. Şəhərdə olan sığınacaqlar hər ehtimala qarşı işarələnir. Dəqiq informasiya isə verilmir.

Biz Ukrayna xalqı olaraq sülhə ümid edirik. Lakin böyük ehtimalla, müharibə olacaq”. (Yenisabah.az)

Oxşar xəbərlər

Ukrayna Futbol Assosiasiyası FIFA-ya müraciət etdi - Rusiya klublarına görə
"O şəhərlərin artıq olmadığını dediyi anı heç vaxt unutmayacağam" - Anastasiya Bayduk
Ukraynalı futbolçu tank alır - Ölkəsi üçün
“Valideynlərim Ukraynanı tərk etmək istəmirlər” - “Qarabağ”ın futbolçusu
"Mən Kiyevi tərk etməyəcəm" - Luçesku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər