reklam
Tanınmış cüdoçumuz virusa yoluxdu -
Sportfm.az xəbər saytı

Tanınmış cüdoçumuz virusa yoluxdu -Yarışa buraxılmayacaq


Azərbaycan millisinin cüdoçuları Rüstəm Orucov və Murad Fətiyev İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqədən əvvəl koronavirusa yoluxub.

Sportfm.az xəbər verir ki, yığma üzvlərindən Tel-Əviv şəhərinə çatdıqdan sonra növbəti dəfə PCR testi götürülüb.

Testləri pozitin çıxan Orucovla Fətiyev yarışa buraxılmayacaq. Oteldə təcrid olunan cüdoçular İsrail hökumətinin qaydalarına əsasən 5 gün karantində qalacaqlar. Onlar hazırda özlərini yaxşı hiss edirlər və həkim nəzarəti altındadırlar.

Azərbaycan yığmasının daha bir üzvü Elcan Hacıyevdə turnirə yollanmamışdan əvvəl koronavirus aşkarlanıb və idmançı yarış siyahısından çıxarılıb.

Qeyd edək ki, bu gün start veriləcək Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq.

Oxşar xəbərlər

Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçumuz finalda - Böyük Dəbilqə
Böyük Dəbilqəyə qatılacaq Azərbaycan yığmasının heyəti - SİYAHI
Azərbaycan millisində koronavirus şoku
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər