reklam
Cüdoçumuz finalda -
Sportfm.az xəbər saytı

Cüdoçumuz finalda -Böyük Dəbilqə


İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqə turniri davam edir.

Sportfm.az xəbər verir ki, Azərbaycan cüdoçusu Yaşar Nəcəfov finala yüksəlib.  66 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı ardıcıl olaraq Yevgeni Qonçarko (Ukrayna), Eylon Barşeşet (İsrail) və Martin Qaytero (İspaniya) ilə dueldən qalib ayrılıb. O, yarımfinalda Xerlen Qanbola (Monqolustan) qızıl xal bölümündə ipponla qalib gələrək finala yüksəlib. Nəcəfov qızıl medal uğrunda görüşdə Baruç Şamilovla (İsrail) üz-üzə gələcək.

Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.

Oxşar xəbərlər

Məmmədəli qızıl medal qazandı - Böyük Dəbilqədə
Hidayət finala çıxdı - Böyük Dəbilqə
Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə
İdmançımız Böyük Dəbilqədə yarımfinalda - Ağayev və Hüseynov 1/4 finalda
Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər