"Emreli indi daha yaxşı formadadır" -Jelko Kopiç
Millimizin hücumçusu Mahir Emrelinin yeni klubu "Dinamo"nun baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off mərhələsində "Sevilya" ilə keçiriləcək oyun haqda fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, Zaqreb klubunun çalışdırıcısı sabahkı matç üçün təşkil edilən mətbuat konfransında komandanın start heyəti haqda verilən sualı da cavablandırıb.
O, Mahir Emrelinin yaxşı formada olduğunu ancaq kimin oynayacağına sabah qərar verəcəyini deyib: "Görək oyun nə vaxt başlayacaq (gülür). Petkoviçə güvənirəm. Onun hazırlığından razı qaldım. Çox uğursuzluğu oldu, ancaq komandaya xeyir verə biləcəyini göstərdi. Mahir Emreli məşq edir, mübarizə aparır, indi daha yaxşı formadadır. Hər kəs oyuna hazırdır. Biz matçı səbirsizliklə gözləyirik".
Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Oxşar xəbərlər
Emrelinin komandası derbi oyununa çıxır - Xorvatiya I Liqasında
Mahirin komandası autsayderə qarşı - Xorvatiya çempionatı
Mahir Emreli görün nəyi gizlədib!
"Dinamo" "Sevilya"ya qarşı - Mahir ehtiyat oyunçular siyahısında
Mahir Emreli İspaniyaya gedir - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası