Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mahirin komandası autsayderə qarşı -Xorvatiya çempionatı
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) klubu bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, Jelko Kopiçin baş məşqçi olduğu komanda "Draqovolyaç"ı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Zaqreb təmsilçisi 27 oyundan sonra 57 xalla "Osiyek"lə birlikdə ilk iki pilləni bölüşdürür. Komanda rəqibi ilə müqayisədə bir oyun az keçirib. "Draqovolyaç" isə 28 oyuna 14 xalla sonuncu - 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, qış fasiləsində Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.
Oxşar xəbərlər
Mahir Emreli meydana çıxdı, komandası uduzdu
Emrelinin komandası derbi oyununa çıxır - Xorvatiya I Liqasında
Posterdə Mahir Emrelinin şəkli
Mahir Emreli İspaniyaya gedir - Avropa Liqası
Mahir Emreli meydana çıxmayacaq - Baş məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası