reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" meydana onsuz çıxacaq -İtki


"Qarabağ"ın futbolçusu Abbas Hüseynov Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda iştirak edə bilməyəcək.

Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə"yə 6:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra açıqlama verib.

50 yaşlı mütəxəssis 27 yaşlı müdafiəçinin məşqdə zədələndiyini bildirib: "Bir həftə, bəlkə də 4-5 gün məşq edə bilməyəcək. Qış hazırlığında da komandaya gec qoşuldu, xəstələnmişdi. Əsas oyunçularımızdandır. Bu gün zədəyə görə oynamadı".

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

Oxşar xəbərlər

"Meydanda öz oyunumuzu göstərməyə çalışacağıq" - "Qarabağ"ın legioneri
"Marsel" azarkeşsiz oynayacaq - Olay
"Marsel" CAS-a müraciət etdi - Konfrans Liqası
FİFA "Qarabağ"ın rəqibinə qadağa qoydu - Futbolçu ala bilməyəcək
“Qarabağ”ın rəqibində koronavirus şoku - Yoluxma

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər