reklam
Sportfm.az xəbər saytı

"Marsel" azarkeşsiz oynayacaq -Olay


"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i qarşıdakı 2 səfər oyununu azarkeşsiz keçirəcək.

Sportfm.az xəbər verir ki, Marsel şəhərinin eyniadlı təmsilçisinin fanatları fevralın 13-də "Nitsa"ya qarşı baş tutacaq ölkə kubokunun 1/4 final və bundan 3 gün sonra "Mets"lə oynanılacaq Liqa 1-in XXIV tur matçlarına buraxılmayacaqlar.

Buna səbəb Xorxe Sampaolinin rəhbərlik etdiyi kollektivin səfərdə "Şovinyi" klubuna 3:0 hesabı ilə qalib gəldiyi Fransa Kubokunun 1/8 final qarşılaşmasında qonaq komandanın tərəfdarlarının tüstü bombalarından istifadəsidir.

Bu isə o deməkdir ki, "Marsel" öz azarkeşləri ilə evdə "Qarabağ"a qarşı oynayacağı pley-off matçında görüşə biləcək.

Qeyd edək ki, qarşılaşma fevralın 17-də "Velodrom" stadionunda baş tutacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.

Oxşar xəbərlər

"Qarabağ" meydana onsuz çıxacaq - İtki
"Marsel"in oyununun vaxtı dəyişdirildi - "Qarabağ"a görə
"Marsel" cərimələndi - Azarkeşlərə görə
"Marsel" CAS-a müraciət etdi - Konfrans Liqası
“Qarabağ”ın rəqibində koronavirus şoku - Yoluxma

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər