reklam
Sportfm.az xəbər saytı

"Marsel"in oyununun vaxtı dəyişdirildi -"Qarabağ"a görə


"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in fevralın 27-də Liqa 1-in 26-cı turunda "Trua" ilə keçirəcəyi görüşün başlama saatı dəyişdirilib.

Sportfm.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb. Belə bir qərar qəbul edilməsinə səbəb isə fevralın 24-də Bakıda Ağdam klubunun qonağı olacaq "Marsel"in məsafənin uzaqlığını və yol yorğunluğunu nəzərə alaraq LFP-yə müraciət etməsidir. Nəticədə qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 16:00-da deyil, saat 20:05-də başlayacaq.

Qeyd edək ki, "Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də Fransada keçirəcək.

Oxşar xəbərlər

"Marsel" - "Qarabağ" oyununda 20 min azarkeş - 15 min bilet satıldı
"Qarabağ"ın Fransa proqramı - Konfrans Liqası
"Qarabağ"ın səfər proqramı açıqlandı - "Marsel"lə oyun üçün
"Marsel" cərimələndi - Azarkeşlərə görə
"Qarabağ"ın fransızlarla görüşlərinin saatları bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər