Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qadın cüdoçu diskvalifikasiya olundu -Mobil telefona görə
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında maraqlı hadisə baş verib.
Sportfm.az xəbər verir ki, 57 kq çəki dərəcəsində tatami üzərinə çıxan yerli idmançı Pristsilla Nyetonun kimonosundan mobil telefon düşüb.
Hadisə yaponiyalı Momo Tamaoki ilə yarımfinal görüşünün başa çatmasına 2 dəqiqə 22 saniyə qalmış qeydə alınıb. Nəticədə Lonon-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və Avropa çempionu diskvalifikasiya edilib. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.
Sonradan bağışlanan qadın cüdoçu bürünc medal uğrunda görüşdə qələbə qazanaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Oxşar xəbərlər
Rusiyalı cüdoçu diskvalifikasiya edildi
Hacı Əliyev ikinci oldu - Avropa çempionatı
İlk gündə 3 medal - Böyük Dəbilqə
Dünya çempionumuz yarışlardan kənarlaşdırıldı - Dopinqə görə
Portuqaliyalı idmançı tatami üzərinə mobil telefonla çıxdı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası