reklam
Portuqaliyalı idmançı tatami üzərinə mobil telefonla çıxdı -
Sportfm.az xəbər saytı

Portuqaliyalı idmançı tatami üzərinə mobil telefonla çıxdı -VİDEO


Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında qəribə hadisə baş verib.

Sportfm.az xəbər  verir ki, 81 kq çəki dərəcəsində tatami üzərinə çıxan Portuqaliya idmançısı Anri Equtidzenin kimonosundan mobil telefon düşüb.

Hadisə isveçli Robin Paçeklə 1/16 final görüşünün 13-cü saniyəsində qeydə alınıb. Nəticədə Equtidze diskvalifikasiya edilib. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.

Anri Equtidze gənclər arasında Avropa çempionu, müxtəlif sayda qran-prilərin mükafatçısıdır.

Böyük Dəbilqənin ilk 2 yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Yarış bu gün yekunlaşacaq.

Oxşar xəbərlər

Azərbaycanın daha iki cüdoçusu tatami üzərinə çıxacaq - Dünya çempionatı
Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə
Qadın cüdoçu diskvalifikasiya olundu - Mobil telefona görə
Rüstəm Orucov Almaniyada medal qazandı
Portuqaliya millisinin dünya çempionatı üçün heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər