Dünya çempionumuz yarışlardan kənarlaşdırıldı -Dopinqə görə
Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova müvəqqəti diskvalifikasiya olunub.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) qərar qəbul edib.
Bolqarıstanlı legionerin dopinq-testi müsbət nəticə verib.
Qeyd edək ki, Boyanka Kostova aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012, 2015 və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.
Oxşar xəbərlər
Milli komandamızın üzvü həbsdən azad edildi
Azərbaycan millsinin üzvü narkotik satarkən tutuldu - DƏHŞƏT
Azərbaycan idmançısı diskvalifikasiya olundu - 8 il
İdmançımızdan böyük uğur - Qızıl medal qazandı
Atletimizin Olimpiadadakı nəticəsi ləğv edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası