Birgə seminar -AVF və Təhsil Nazirliyi
Azərbaycan Voleybol Federasiyasının Regional İnkişaf Mərkəzi və Təhsil Nazirliyi ilə birgə seminar keçirəcək.
Sportfm.az xəbər verir ki, seminarlar 8-10 yaşlı uşaqlar arasında voleybol idman növünün inkişaf etdirilməsi məqsədi ilə məşqçi-müəllimlər üçün təşkil olunub. Dərslərin fevral və mart aylarında təşkili nəzərdə tutulub.
İdman və ümumtəhsil məktəblərinin məşqçi-müəllimləri üçün nəzərdə tutulan seminarlar Bakı şəhəri ilə yanaşı, regionlarda da keçiriləcək.
Nəzəri və praktiki hissədən ibarət olacaq seminara 2021-ci ilin sentyabr ayında Sloveniyada təşkil olunan Beynəlxalq məşqçi forumunda iştirak etmiş mütəxəssislərimiz rəhbərlik edəcəklər.
İlk seminar fevralın 5-də Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
Sonda iştirakçılara sertifikat, toplar və metodik kitablar təqdim olunacaq.
Oxşar xəbərlər
Voleybol məşqçiləri üçün seminar keçirildi
Bakıda məşqçilər üçün növbəti beynəlxalq seminar
Qəbələdə cüdo hakimləri üçün seminar keçirildi - FOTO
Qəbələdə cüdonun yeni qaydaları ilə bağlı seminar keçirildi
Bakıda voleybol üzrə daha bir seminar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda















Misli Premyer Liqası