reklam
Qəbələdə cüdonun yeni qaydaları ilə bağlı seminar keçirildi
Sportfm.az xəbər saytı

Qəbələdə cüdonun yeni qaydaları ilə bağlı seminar keçirildi


Qəbələdə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçi və hakimlər üçün seminar keçirilib.

Sportfm.az xəbər verir ki, seminar federasiya tərəfindən Qəbələyə ezam olunmuş Azərbaycan Cüdo Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov tərəfindən aparılıb. Seminarda məşqçi və hakimlərlə yanaşı Şimal bölgəsinin yeniyetmə cüdoçuları da iştirak edib.

Fariz Hüseynov Beynəlxalq Cüdo Federasiyası tərəfindən qəbul olunan və 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək yeni qaydalar barəsində ətraflı məlumat verib. Cüdonun daim inkişafda olan yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, növbəti seminarlar noyabrın 11-də Bakıda, noyabrın 12-də isə Gəncədə keçiriləcək.

Oxşar xəbərlər

Qəbələdə cüdo hakimləri üçün seminar keçirildi - FOTO
Milli komandamızın üzvləri cüdonun yeni qaydaları ilə tanış oldu - FOTO
Naxçıvanda məşqçilər və cüdoçular üçün seminar keçirildi
Cüdonun yeni qaydaları Bakıda müzakirə olundu
Növbəti seminar Qəbələdə baş tutdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər