reklam
Futbolçudan xərçəng xəstəsi olan 5 yaşlı uşağa jest
Sportfm.az xəbər saytı

Futbolçudan xərçəng xəstəsi olan 5 yaşlı uşağa jest- FOTO


İngiltərənin "Sanderlend" futbol klubunun oyunçusu Cermeyn Defo kiçik pərəstişkarını sevindirib.

Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu xərçəng xəstəliyindən əziyyət çəkən 5 yaşlı pərəstişkarı Bredli Loverini xəstəxanada ziyarət edib. Onunla fotosunu paylaşan futbolçu sosial şəbəkələrin sevimlisinə çevrilib.

Valideynləri futbolçunun ziyarətindən sonra Bredlinin vəziyyətinin daha da yaxşılaşdığını, üzünün güldüyünü söyləyib və buna görə Cermeynə təşəkkür ediblər.

Qeyd edək ki, 5 yaşlı Bredlinin müalicəsi üçün kampaniyaya start verilmişdi. Klub 700 min funt-sterlinq (təxminən 1 milyon 600 min manat) yardımdan əlavə, "Harri Potter" pərəstişkarı olan balaca azarkeşini ailəsi ilə birgə Yeni ili qeyd etmələri üçün "Warner Brothers"in Londondakı studiyasına göndərmişdi.

Oxşar xəbərlər

Komanda yoldaşlarını yalnız buraxmadılar - FOTO
Premyer Liqanı tərk edərək, 100 milyona yaxın gəlir əldə etdilər
Futbolçu ürək xəstəliyindən dünyasını dəyişdi - Azərbaycanda
Tovuz klubundan nümunəvi addım - FOTO
Daha bir ulduz futbolçu Çinə köçdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər