2 cüdoçumuz Qran-pridə mübarizəyə başlayır -Portuqaliyada
Bu gün Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-pri start götürəcək.
Sportfm.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 2 təmsilçisi qüvvəsini sınayacaq.
60 kq-da yer alan Balabəy Ağayev və Rövşən Əliyev medal qazanmağa çalışacaqlar.
Portuqaliya Qran-prisi
Kişilər
60 kq
1/16 final. Balabəy Ağayev - Bahrom Boturov (Özbəkistan)
1/16 final. Rövşən Əliyev - Allan Kuvabara (Braziliya)
Qeyd edək ki, Qran-pridə Azərbaycanın 12 cüdoçusunun iştirakı nəzərdə tutulsa da, onlardan cəmi 5-i xalça üzərinə çıxacaq. Balabəy Ağayev və Rövşən Əliyevlə yanaşı, Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (+100 kq) də mübarizə aparacaq.
Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyəcəklər.
Oxşar xəbərlər
9 cüdoçumuz Qran-pridə mübarizəyə başlayır
3 cüdoçumuz Qran-pridə mübarizəyə başlayır - Portuqaliyada
Qran-Pridə 5 cüdoçumuz iştirak edəcək - Portuqaliyada
Cüdo millimizin heyəti məlumdu - SİYAHI
Cüdoçularımız Qran-Pridə mübarizə aparacaqlar - Portuqaliyada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası