Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Təxirə salınmış oyunların vaxtı bilindi -Super Liqa
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təxirə salınmış matçların vaxtları və keçirilmə yeri dəqiqləşib.
Sportfm.az xəbər verir ki, yanvarın 14-də hava şəraiti ilə bağlı keçirilməyən I dövrənin II turunun oyunları yanvarın 25-də baş tutacaq.
Günün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gələcək. Oyun saat 16:00-da başlayacaq.
Liderlərin duelindən 2 saat sonra UNEC – “Murov” oyununa start veriləcək. Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
Oxşar xəbərlər
Növbəti oyunların vaxtı bilindi - Yüksək Liqa
Təxirə salınan oyunların başlama vaxtı - Yüksək Liqa
Növbəti turun proqramı - Yüksək Liqa
Yüksək Liqada növbəti oyunların vaxtı - 26-27-29 Yanvar
Super Liqada növbəti turun proqramı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası