reklam
Təxirə salınan oyunların başlama vaxtı -
Sportfm.az xəbər saytı

Təxirə salınan oyunların başlama vaxtı -Yüksək Liqa


Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında təxirə salınan 2-ci turun oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

Sportfm.az xəbər verir ki, bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub.

Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” – UNEC oyunu baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Ardından kişi voleybolçuların Yüksək Liqasında 2-ci turun təxirə salınan “Neftçi” – “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlayacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və “Neftçi” klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınıb.

Oxşar xəbərlər

Təxirə salınan oyunların vaxtı bilindi - Azərbaycan çempionatı
Növbəti oyunların vaxtı bilindi - Yüksək Liqa
Azərbaycan çempionatının oyunu təxirə salındı
Azərbaycan çempionatında II turun təqvimi
Təxirə salınan oyunun vaxtı açıqlandı - Yüksək Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər