Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yüksək Liqada növbəti oyunların vaxtı -26-27-29 Yanvar
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.
Sportfm.az xəbər verir ki, I dövrədə keçiriləcək matçlar yanvarın 26-27-də və 29-da təşkil olunacaq.
Yanvarın 26-da ikinci turda “Express” “Sərhədçi”ni sınağa çəkəcək. Qarşılaşma saat saat 18:00-da başlayacaq. Ertəsi gün saat 16:00-da MOİK “Murov”la üz-üzə gələcək.
Yanvarın 29-da isə III turun “Neftçi” - “Express” oyunu olacaq. Qarşılaşmanın start fiti saat 15:00-da veriləcək.
Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.
Oxşar xəbərlər
Növbəti oyunların vaxtı bilindi - Yüksək Liqa
Növbəti turun proqramı açıqlandı - Voleybol çempionatları
Superliqada növbəti oyunların proqramı - SİYAHI
Yüksək Liqada növbəti oyunların vaxtı məlum oldu
Yüksək liqada oyunların vaxtı məlum oldu - Voleybolda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası