Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi” 1000-i yarıladı
Topaz Premyer Liqasının XVII turunun "İnter”lə səfər qarşılaşması "Neftçi” üçün yubiley qolu ilə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, "ağ-qaralar” Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolunu vurub. Yubiley qoluna çilili İqnasio Herrera imza atıb. Komandasının 3:1 hesablı qələbəsi ilə başa çatan oyunun 58-ci dəqiqəsində fərqlənən cənubi amerikalı həm matçda sonuncu qolu vurub, həm də "Neftçi”nin 1000-i yarılamasında pay sahibi olub.
1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 500-cü səfər qolunu vuran bakılılar buna 351-ci matçda nail olub. "Ağ-qaralar”ın rəqib meydanındakı orta məhsuldarlığı 1,425-ə bərabərdir. Paytaxt təmsilçisi 25 illik tarixə malik çempionatlarda ən çox səfər qolu vuran komandadır.
Oxşar xəbərlər
Bombardirdən yubiley qolu
"Qarabağ"dan 600-cü səfər qolu
“Keşlə”nin yubiley qolu
"Neftçi"dən yubiley qolu
“İnter”in 650-ci qolunu kim vurdu?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası