Nigeriyalı futbolçuları Bakıda aldatdılar -ŞOK FAKTLAR
Nigeriyadan olan bir qrup futbolçu Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib.
Sportfm.az Publika.az-a istinadən xəbər verir ki, Nigeriya Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Ochia Onyeka Bonaventure, 1999-cu il təvəllüdlü Animasaun Babatununde Ayo, 2001-ci il təvəllüdlü Okafo Chukvuka Collis, 1999-cu il təvəllüdlü Kanu İfeanyi Kelvin, 1998-ci il təvəllüdlü Effiong Anthony Jhon və 1998-ci il təvəllüdlü Olavale Abiodun şikayət ərizəsi yazaraq bildirib ki, Ağdam rayon sakini olan 1979-cu il təvəllüdlü İsmayılov Musa Hüseyn oğlu onları aldadaraq külli miqdarda pullarını ələ keçirib. Belə ki, Musa ismayılov həmin futbolçuları Azərbaycanda müxtəlif futbol klublarına transfer edəcəyini və onların yüksək maaş qazanacağını vəd edərək onları Bakıya gətirib. O, futbolçuları Nərimanov rayonunda yerləşən "Altus" otelində yerləşdirib. Bir müddət burada qalan futbolçular daha sona aldadıldıqlarını anlayıblar və onları Bakıya gətirən şəxslə əlaqələrini itiriblər.
Aparılmış ilkin araşdırmalardan sonra M.İSmayılovun digər şəxslərə qarşı da dələduzluq etdiyi və barəsində Xətai rayon Polis İdarəsi tərəfindən öncədən cinayət işi açıldığı və axtarışda olduğu məlum olub.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda idmançını niyə öldürdülər? - Hadisənin şok səbəbi
"Topaz" kuponu əvəzinə narkotik satıldı - Bakıda hadisə
Cəlilabaddakı futbol matçında mübahisə düşdü, 2 nəfər bıçaqlandı
"Zirə"yə texniki məğlubiyyət verildi
Azərbaycan çempionatında limitlə bağlı yenilik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası