reklam
Cəlilabaddakı futbol matçında mübahisə düşdü, 2 nəfər bıçaqlandı
Sportfm.az xəbər saytı

Cəlilabaddakı futbol matçında mübahisə düşdü, 2 nəfər bıçaqlandı


Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. 

Sportfm.az xəbər verir ki, insident axşam saatlarında rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev öz həmkəndliləri tərəfindən bıçaqlanıb.

Hadisəyə kənd ərazisində futbol oynayan zaman tərəflər arasında yaranan mübahisə səbəb olub. Belə ki, Murad Qarayevlə mübahisə edən 3 nəfər onu döyməyə başlayıb. Bu zaman yaxınlıqdan keçən Üzeyir Qarayev oğlunun 3 nəfər tərəfindən döyüldüyünü görüb. 

Həmin şəxslər üzərində gəzdirdikləri bıçaqla ata və oğulun qarın nahiyəsinə bir neçə zərbə endirib, daha sonra ərazidən uzaqlaşıblar. 

Yaralıların köməyinə isə kənd sakinləri gəlib və onlar ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Reanimasiyada olan yaralıların əməliyyat olunduğu bildirilir. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

"Qəbələ"nin futbolçusu qəzaya düşdü - HADİSƏ
Məşqçinin oğlu intihar etdi - 22 yaşında
Azərbaycanda klub prezidenti ağır qəzaya düşdü
Sumqayıtda 4 idmançı bıçaqlandı - Kütləvi davada
Azərbaycan çempionunu əlbəyaxa davada bıçaqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər