Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bolqarıstan klubu "Neftçi" ilə oyundan imtina etdi -Texniki səbəblərə görə
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin Bolqarıstanın "MOİK 1948" komandası ilə yoxlama oyunu baş tutmayacaq.
Sportfm.az xəbər verir ki, Sofiya təmsilçisi "ağ-qaralar"a qarşı yanvarın 24-nə planlaşdırılan matçdan imtina edib. Klub bunu texniki səbəblərlə əlaqələndirib.
"MOİK-1948" həmin tarixdə Şimali Makedoniya "Borets"i ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Neftçi" Antalyada artıq 2 yoxlama oyunu keçirib. Son ölkə çempionu ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1.
Oxşar xəbərlər
"Neftçi" Polşa klubuna qalib gəldi - Yoxlama oyunu
"Neftçi" Macarıstan klubuna qarşı - İlk sınaq
Hava şəraiti "Neftçi"yə mane oldu - Toplanış
"Neftçi" toplanışa itkilərlə yollandı - Antalya şəhərinə
"Neftçi"nin Antalyadakı son rəqibi məlum oldu - Toplanış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası