reklam
Sportfm.az xəbər saytı

"Bavariya" öz rekordunu yenilədi -UĞUR


"Bavariya" futbol üzrə Almaniya Bundesliqasındakı rekordunu yeniləyib.

Sportfm.az xəbər verir ki, Münhen təmsilçisi buna "Köln"ü 4:0 hesabı ilə darmadağın etdiyi XIX tur matçında nail olub.

Yulian Nagelsmanın baş məşqçi olduğu komanda ardıcıl 66 çempionat oyununda qol vurmaqla özünəməxsus olan göstəricini yaxşılaşdırıb. "Bavariya" daha əvvəl 2012 - 2014-cü illərdə Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənib.

Qeyd edək ki, münhenlilər 2020-ci ilin fevralında başlayan 66 oyunluq seriyada ümumilikdə 202 qol vurub.

Oxşar xəbərlər

İsmailov Azərbaycan rekordunu yenilədi
"Bavariya" 44 illik rekordu təkrarladı - Uğur
"Bavariya"dan antirekord - 0:5 uduzdu
Almaniya klubu öz rekordonu yenilədi - 10 matç
"Bavariya" Bundesliqada yeni rekorda imza atdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər