reklam
Azərbaycanlı yeniyetmə futbolçular Türkiyə çempionatında çıxış edəcək -
Sportfm.az xəbər saytı

Azərbaycanlı yeniyetmə futbolçular Türkiyə çempionatında çıxış edəcək -YENİLİK


Naxçıvan Futbol Federasiyası Türkiyənin futbol üzrə Super Liqasında çıxış edən "Çaykur Rizəspor"un futbol akademiyası ilə əməkdaşlıq edəcək.

Sportfm.az xəbər verir ki, Federasiyanın sədr müavini Sakit Rzayev bu məqsədlə Türkiyənin Rizə şəhərinə işgüzar səfər edib. O, "Çaykur Rizəspor" klubunun "Gənclik İnkişaf etdirmə" və "Futbol Təhsil Mərkəzi"ndə yaradılan şərait və mövcud imkanlarla tanış olub, bazanı gəzib və klub nümayəndələri ilə görüşlər keçirib.

 

Qara dəniz təmsilçisinin akademiyasının direktoru Fədayi Aksoy və “U14” komandasının koordinatoru Əmrə Hamzaoğlu ilə görüşən federasiya rəsmisi klubun inkişaf planı, məşqçi hazırlığı və futbol təhsili ilə bağlı məlumatlar toplayıb, öz növbəsində muxtar respublikada futbolu, yaradılan əlverişli maddi-texniki baza və federasiyanın fəaliyyət istiqamətləri barədə danışıb.

Tərəflər arasındakı məlumatlandırma və müzakirələrdən sonra azərbaycanlı məşqçilərin akademiyada təcrübə keçməsi və 14 yaşadək futbolçuların iştirak etdiyi “U14”, “U13”, “U12”, “U11” və “U10” liqalarına komandalarımızın qoşulması barədə razılıq əldə edib.

Qeyd edək ki, Naxçıvan Futbol Federasiyası xarici əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə bundan öncə Türkiyənin Mersin şəhərindəki “İnter” (İtaliya) futbol klubunun akademiyası ilə təmas qurmuşdu. 

Oxşar xəbərlər

PFL-in prezidenti “Araz Naxçıvan” rəsmiləri ilə görüşdü - FOTO
"Sabah"la "Dinamo" arasında imzalanan müqavilənin şərtləri açıqlandı
Naxçıvanda futbola həsr edilən iclas keçirildi - FOTO
“Qarabağ”ın qapıçısı karyerasını Türkiyədə davam etdirəcək
“Mançester Siti” və “Qalatasaray” Azərbaycan klubu ilə üz-üzə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər