Hakimlərimiz növbəti VAR seminarında -Türkiyədə
Türkiyənin İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti – üçüncü seminar keçirilib.
Sportfm.az xəbər verir ki, tədbir AFFA və Türkiyə Futbol Federasiyası arasındakı qarşılıqlı əməkdaşlıq əsasında gerçəkləşib.
Seminarda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, I Divizionda fəaliyyət göstərən referilər, həmçinin “CBC Sport” telekanalının video-operatorları iştirak edib.
Türkiyəli təlimatçılar Barış Şimşek və Burçin Keskinin, həmçinin AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin qatıldığı dərslərdə nəzəri məşğələlərlə yanaşı praktiki təlimlər də təşkil olunub.
Qeyd edək ki, VAR sistemi ilə bağlı Türkiyədə ilk seminar 2 - 4 noyabrda, ikinci seminar 30 noyabr - 2 dekabrda təşkil olunub.
Oxşar xəbərlər
Hakimlər üçün seminar keçirildi
Hakimlər Komitəsinin sədri "Qarabağ"a seminar keçdi - FOTO
Hakimlərimiz Türkiyədəki VAR seminarında
Hakimlərimiz Türkiyədəki seminarda - FOTO
Hakim-inspektorlar üçün seminar keçirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
FİFA referimizə UEFA-dan təyinat
-
MOİK-dən inamlı qələbə - I Liqa
-
Derbi matçı ona tapşırıldı - Türkiyə Superliqası














Misli Premyer Liqası