"Bu u qayda "Qarabağ"a problem yaratmayacaq" - AÇIQLAMA
Fransada bütün oyunçulardan koronavirus əleyhinə peyvəndin hər iki dozasının tələb olunması "Qarabağ"a Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə matç üçün heç bir problem yaratmayacaq.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O, komandanın demək olar ki, bütün oyunçularının hər iki dozada peyvənd olunduğunu bildirib.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron yanvarın 15-dən etibarən Fransada bütün peşəkar oyunçulardan koronavirus əleyhinə peyvəndin hər iki dozasının tələb olunacağını bildirib.
Əlavə edək ki, "Marsel - "Qarabağ" oyunu fevralın 17-də "Veledrom" stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 24-də Bakıda oynanılacaq. (qol.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |