reklam
Adam oğurluğu edən idmançılara hökm oxundu -
Sportfm.az xəbər saytı

Adam oğurluğu edən idmançılara hökm oxundu -Cinayət işi


Bakıda adam oğurluğunda təqsirləndirilən Elçin Quliyev, Vasif Allahverdiyev, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sportfm.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı Şaiq Hüseynov və Fəqan Eminoğlu hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə təqsirləndirilən Fərəh Rəsulovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, ona şərti cəza təyin olunub.

Adam oğurluğunda sifarişçi olan Aygün Abbasovanın barəsində isə 5 il müddətinə həbs cəzası təyin edilib. Aygün Abbasova cəza çəkmə müddəti himayəsində azyaşlı uşağı olması səbəbindən təxirə salınıb.

Qeyd olunub ki, Aygün Abbasovaya təyin olunan cəza övladının 14 yaşı tamam olandan sonra icra olunacaq.

İttihama görə, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunub. Xətai rayon sakini Hüseyn Əsgərov Aygün Abbasovaya 25 min manat borclu olub. Borcunu qaytara bilmədiyi üçün Aygün Abbasovanın sifarişi ilə kafelərin birinə dəvət edilib.

Əvvəllər məhkum olunan, Vasif Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan Şaiq Hüseynov və Fəqan Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirilərək Aygün Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparılıb.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan Niyaməddin Kazımlının iştirakı ilə Hüseyn Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25 min manatın əvəzinə 30 min manat ödəməsini bildirərək işgəncə veriblər.

Alınan pulun müqabilində Aygün Abbasova həmin şəxslərə 10 min manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Şaiq Hüseynov, Fəqan Eminoğlu, Vasif Allahverdiyev, Aygün Abbasova və Niyaməddin Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən Hüseyn Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) maddələri ilə ittiham elan edilib.

İttiham olunan şəxslərdən biri də Fərəh Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudur.

İş üzrə zərərçəkmiş kimi tanınan şəxs Hüseyn Əsgərov da idmançı olub.

Həbs edilənlərdən Vasif Allahverdiyev iş üzrə əsas təqsirləndirilən şəxs və dəstə rəhbəri kimi göstərilir.

O, daha əvvəl adam Həbs edilən Niyaməddin Kazımlı peşəkar idmançıdır. O, klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionatının və beynəlxalq yarışların mükafatçısıdır. (Teleqraf.az)

Oxşar xəbərlər

İdman zalında qətl törədən şəxsin ittihamı ağırlaşdırıldı
Bəraət aldıqdan sonra öldürülən idmançının hökmü ləğv edildi - QƏRAR
Bakıda futbol məşqçisi həbs edildi! - Uşaqlara qarşı seksual zorakılıq etdiyinə görə - ŞOK
Cavid Hüseynov azadlığa buraxıldı
Cavid Hüseynovun məhkəməsi təxirə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər