reklam
“7 qalib”  müəyyənləşdi -
Sportfm.az xəbər saytı

“7 qalib” müəyyənləşdi -Qurban Qurbanov yenə birincidir


İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2019” layihəsi üzrə mükafatçıları müəyyənləşib.

Sportfm.az xəbər verir ki, qaliblərin adları Bakı Olimpiya Stadionunda təşkil olunan “7 qalib” adlı mərasimdə açıqlanıb.

Xüsusi mükafatlar:

“Minsk 2019” II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün – Samir Məzahir oğlu Məmmədov

Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə – Tofiq Mirhəsən oğlu Heydərov

İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu – Şamaxı Olimpiya Kompleksi

Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu – Emin Mahmudov (“Neftçi”)

Nominasiyalar üzrə:

İlin idman xadimi: Mahir Ələsgər oğlu Məmmədov (Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti)

İlin idman qurğusu: Bakı Olimpiya Stadionu

İlin futbolçusu – Emil Balayev (“Tobol”, Qazaxıstan)

İlin əcnəbi futbolçusu – Abdullah Zubir (“Qarabağ”)

İlin komandası – Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi

İlin baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)

İlin idmançısı – Teymur Rəcəbov (şahmat)

Oxşar xəbərlər

Mükafatlar sahiblərinə verildi - VİDEO
“İlin qalibləri-2021″in mükafatçıları müəyyənləşdi - SİYAHI
Cari ilin idman laureatlarının adları açıqlandı
“İlin qalibləri-2018” layihəsi üzrə mükafatçılar müəyyənləşdi - SİYAHI
"İlin qalibləri-2017"-də mükafatçılar müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər