“İlin qalibləri-2018” layihəsi üzrə mükafatçılar müəyyənləşdi -SİYAHI
İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə mükafatçıları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə mükafatçıların təltif olunmasına start verilib:
“İlin qalibləri” tədbirinə verdiyi dəstəyə görə - Baş sponsor “Topaz”, sponsor – “IlAzero” və Bakı Olimpiya Olimpiya Stadionu
İlin idman xadimi: Fərid Qayıbov
İlin idman yarışı: Cüdo üzrə dünya çempionatı
Media ilə sıx və səmərəli əməkdaşlığa görə: Nigar Arpadarai (Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri)
“Təmiz İdman” mükafatı - Azərbaycan Milli Antidopinq Agentliyi
“Böyükağa Hacıyev mükafatı” - Samir Abasov (“Sumqayıt” / “Zirə” klubunun baş məşqçisi)
2017-2018 mövsümünün futbolçusu - Cavid İmamverdiyev (“Sumqayıt” / “Sabah”)
İlin futbolçusu - Mirabdulla Abbasov (“Neftçi”)
İlin əcnəbi futbolçusu - Donald Gerrye (“Qarabağ”)
İlin baş məşqçisi - Qurban Qurbanov (“Qarabağ”)
İlin idmançısı - Eldəniz Əzizli (yunan-Roma güləşi)
Qeyd edək ki, ardıcıl 6-cı ildir həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi “Report” agentliyi, baş sponsoru “Topaz”, sponsoru isə “İl`Azero” şirkətidir.
Oxşar xəbərlər
Mükafatlar sahiblərinə verildi - VİDEO
“İlin qalibləri-2021″in mükafatçıları müəyyənləşdi - SİYAHI
“7 qalib” müəyyənləşdi - Qurban Qurbanov yenə birincidir
"İlin qalibləri-2017"-də mükafatçılar müəyyənləşdi
İlin qalibləri nə vaxt və harada mükafatlandırılacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası