reklam
1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək -
Sportfm.az xəbər saytı

1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək -Azərbaycan Kuboku


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, günün ilk matçında titulun son sahibi "Keşlə" "Qaradağ Lökbatan"ı qəbul edəcək. Komandalar ölkə kubokunda ikinci dəfə üz-üzə gələcəklər. 2016/2017 mövsümündə "Keşlə" rəqibini eyni raundda 5:1 hesabı ilə yenib.

1/8 final mərhələsi "Sabah" - "Kəpəz" qarşılaşması ilə başa çatacaq. Ötən mövsüm Gəncə təmsilçisi paytaxt klubunu minimal fərqlə yenib - 2:1.

Azərbaycan Kuboku, 1/8 final mərhələsi

11 dekabr (şənbə)

15:00. “Keşlə” – “Qaradağ Lökbatan”

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

“ASK Arena”

18:00. “Sabah” – “Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Asif Əliyev

“Bank Respublika Arena”

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyun günündə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

“Qarabağ” “Keşlə” səfərində - Azərbaycan Kuboku
"Qarabağ" və "Neftçi"nin oyununa təyinatlar - Azərbaycan Kuboku
Hakim təyinatları açıqlandı - Azərbaycan Kuboku
1/4 finalın son 3 iştirakçısı bəlli olacaq - Azərbaycan Kuboku
Azərbaycan kubokunda kimlər fit çalacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər