1/4 finalın son 3 iştirakçısı bəlli olacaq -Azərbaycan Kuboku
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son 3 görüşü keçiriləcək.
Sportfm.az xəbər verir ki, günün ilk matçı Tovuzda yerli komanda ilə "Qəbələ" arasında gerçəkləşəcək. I Dİvizion və Premyer Liqa təmsilçiləri indiyədək kubokda üz-üzə gəlməyiblər. Cütün qalibi 1/4 finalda "Qarabağ"ın rəqibi olacaq.
Saat 16:00-da start götürəcək görüşdə "Qaradağ Lökbatan"la "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
1/8 final mərhələsinin son oyunu Masazırda olacaq. "Sabah" I Divizon təmsilçisi "Kəpəz"i qəbul edəcək. Komandalar indiyədək kubok matçında qarşılaşmayıblar. Bu görüşün qalibi 1/4 finalda "Keşlə" ilə oynayacaq.
Azərbaycan Kuboku, 1/8 final
25 yanvar (bazar ertəsi)
14:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu
16:00. “Qaradağ Lökbatan” – “Zirə”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Dalğa Arena”.
17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”
Qeyd edək ki, 1/8 finalın ilk oyununda "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub edərək, növbəti raundda "Sumqayıt"a rəqib olub. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək.
Oxşar xəbərlər
1/4 final mərhələsi - Təyinatlar
"Qarabağ" və "Neftçi"nin növbəti oyununa təyinatlar - Azərbaycan Premyer Liqası
1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək - Azərbaycan Kuboku
Hakim təyinatları açıqlandı - Azərbaycan Kuboku
Azərbaycan kubokunda kimlər fit çalacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
Binə stadionu FİFA sertifikatına layiq görüldü
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa















Misli Premyer Liqası