reklam
Sportfm.az xəbər saytı

"Zirə"nin futbolçusu "100-lüy"ə çatdı


"Zirə”nin futbolçusu Nurlan Novruzov Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.
 
Sportfm.az xəbər verir ki, hücumçunun yubiley qolu Topaz Premyer Liqasının XVI turuna təsadüf edib. "Kəpəz”lə görüşdə komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atan forvard mövsümdə 1-ci, karyerasında 25-ci çempionat qoluna imza atıb. Nurlan buna 114-cü matçında nail olub. "Zirə”dəki 39 qarşılaşmada 4 dəfə rəqib qapısına yol tapan futbolçu daha iki komandada çıxış edib. "Bakı”da 60 matçda 20, "Sumqayıt”da isə 15 görüşdə 1 dəfə fərqlənib.

O, 25 qol vuran 106-cı futbolçu olub. Nurlan bombardirlər siyahısında ilk "100-lüy”ün son sıralarına – 97-106-cı yerlərə şərik olan 10 futbolçudan biridir.

Xatırladaq ki, Nurlan ilk qolunu 2011/12 mövsümündə vurub. O, XIX turun 2012-ci il martın 7-də keçirilən "Neftçi” ilə ev oyununun (1:3) 87-ci dəqiqəsində fərqlənib.

Oxşar xəbərlər

“Araz-Naxçıvan”ın futbolçusunun 25-ci qolu
Bombardirdən yubiley qolu
“Kəpəz”in futbolçusu 50-yə çatdı
“Zirə”nin futbolçusundan yubiley qolu
"Qarabağ"ın futbolçusundan yubiley qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər