“Zirə”nin futbolçusundan yubiley qolu
Xulio Sezar Rodriqes “Zirə”də yubiley qoluna imza atıb.
Sportfm.az xəbər verir ki, paraqvaylı hücumçu 15-ci dəfə rəqib qapısına yol tapıb. Bu, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə cavab oyununa təsadüf edib. Xulionun qolu “qartallar”a 1:0 hesablı qələbə qazandırıb.
Bu matçadək 27 oyunda 14 top vuran forvard, yubiley qolunu rəsmiləşdirib. Rodriqes bütün qollarını 2019-cu ildə vurub. O, ötən mövsümün ikinci yarısında 9 dəfə – Premyer Liqada 8, kubokda 1 dəfə fərqlənib. Cari mövsümdə isə cənubi amerikalı 4-ü çempionat, 2-si kubokda olmaqla 6 dəfə qol sevinci yaşayıb.
28 oyunda 15 qol vuran hücumçunun orta məhsuldarlığı 0,54-ə bərabərdir. O, klub tarixinin bombardirləri siyahısında yalnız Nelson Bonilyadan geri qalır. Salvadorlu 17 qol vurub.
Xulio Bonilyanın rekordlarından birini təkrarlayıb. Belə ki, paraqvaylı Azərbaycan kubokunda 3-cü qolunu vuraraq, “Zirə”nin bu yarışdakı bombardiri adına şərik çıxıb. Nelson da bu yarışda eyni sayda qol vurub.
Oxşar xəbərlər
Musa Qurbanlı üçün əlamətdar oyun
"Zirə"nin Premyer Liqada 150-ci qolu
Legioner futbolçu Azərbaycan komandasının rekordçusu olmağa yaxındır
Paraqvaylı hücumçu Vüsal İsgəndərliyə çatdı
Amil Yunanovdan 40-cı qol
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları














Misli Premyer Liqası