reklam
Olimpiya mükafatçımız ölkə çempionu oldu -
Sportfm.az xəbər saytı

Olimpiya mükafatçımız ölkə çempionu oldu -FOTO


Taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb.

Sportfm.az xəbər verir ki, yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşib.

Turnirdə 17 yaşdan yuxarı 100-dək idmançı iştirak edib. Qadınlar arasında Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidova (62 kq) qızıl medal qazanıblar.

Kişilərin yarışında isə Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Xəyyam Ağayev (+87 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, 53 kq çəki dərəcəsində Azərbaycan çempionu olan Patimat Abakarova Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Oxşar xəbərlər

Millimizin dünya çempionatı üçün heyəti - SİYAHI
Millimizin heyəti açıqlandı - İslamiada
İdmançımız Türkiyədə qızıl medal qazandı - “Turkish Open”
Azərbaycan çempionatına yekun vuruldu
Rio-2016: Patimat Abakarova bürünc medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər