reklam
Avropada ən yaxşı qolu Şahruddinə vurublar -
Sportfm.az xəbər saytı

Avropada ən yaxşı qolu Şahruddinə vurublar -Seçim


Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”la səfərdə keçirdiyi oyun Kiprin “Omoniya” komandası üçün əlamətdar olub.

Sportfm.az xəbər verir ki, Nikosiya təmsilçisi avrokuboklarda 200-cü qoluna imza atıb.

Xordi Qomesin 90-cı dəqiqədə vurduğu qol tarixə düşüb. Komanda 200-cü qol həddinə 154-cü matçda çatıb. Əvvəlki görüşlərdən 52 qələbə və 31 heç-heçə ilə ayrılan komanda 71 dəfə məğlubiyyətə üzülüb.

Xordi Qomesin Bakıda vurduğu qol həm də Avropa Konfrans Liqasında bu həftənin ən yaxşısı seçilib.

Xatırladaq ki, ötən gecə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş oyunda qalib müəyyənləşməyib – 2:2.

Oxşar xəbərlər

Həftənin ən yaxşı oyunçusu məlumdur - Konfrans Liqası
"Qarabağ" qələbəni əldən verdi - Konfrans Liqası
"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
UEFA Abbas Hüseynovun qolunu fərqləndirdi - FOTO
APOEL artıq Bakıda - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər