reklam
UEFA Abbas Hüseynovun qolunu fərqləndirdi -
Sportfm.az xəbər saytı

UEFA Abbas Hüseynovun qolunu fərqləndirdi -FOTO


Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda qeydə alınan statistik göstəricilər açıqlanıb. 

Sportfm.az xəbər verir ki, UEFA “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun “Kayrat”la ev matçının son dəqiqələrində vurduğu qolu da fərqləndirib.

Yazıya Abbasın qol vurduğu epizodun fotosu verilib. “Qarabağ”ın mövsümdə ardıcıl 16-cı qarşılaşmada məğlub olmadığı və onların 11-də qələbə qazandığı vurğulanıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ” “Kayrat”ı Abbas Hüseynovun 90+1-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib. 

Oxşar xəbərlər

UEFA "Qarabağ"ın "Braqa"ya vurduğu qolu paylaşdı
UEFA Abbas Hüseynovun qolunu paylaşdı - FOTO
Avropada ən yaxşı qolu Şahruddinə vurublar - Seçim
"Qarabağ" azarkeşlərinə müraciət etdi - "Kayrat"la oyun öncəsi
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Kayrat”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər