"Qarabağ"ın açıq məşqinin vaxtı bilindi
Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, hər iki tədbir noyabrın 24-də keçiriləcək. Həmin gün saat 12:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın mətbuat konfransı baş tutacaq. 18:10-da isə Ağdam təmsilçisi “Azersun Arena”da ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq.
“Omoniya”nın mətbuat konfransı isə saat 19:30-da, açıq məşqi 20:00-da başlayacaq. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” matçına saat 21:45-də start veriləcək.
Oxşar xəbərlər
Qurban Qurbanovla Artur Jorjenin mətbuat konfranslarının vaxtı bilindi
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Kayrat”
Mətbuat konfranslarının vaxtı açıqlandı - “Qarabağ” – “Şerif”
“Qarabağ” - APOEL: mətbuat konfransı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçuları günü medalsız bitirdi - Böyük Dəbilqə
-
"Sumqayıt" - "Araz-Naxçıvan" - START HEYƏTLƏR
-
“Qəbələ” 1–1 “Qarabağ” - VİDEO
-
"Sumqayıt"dan qələbə, "Qəbələ" - "Qarabağ" matçında bərabərlik - Premyer Liqa
-
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş qəsəbələrarası futbol turniri keçirilib
-
FİFA “Qarabağ”a transfer qadağası qoydu















Misli Premyer Liqası