reklam
Həftənin ən yaxşı oyunçusu məlumdur -
Sportfm.az xəbər saytı

Həftənin ən yaxşı oyunçusu məlumdur -Konfrans Liqası


Avropa Konfrans Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu ada İngiltərənin “Vest Hem” klubunun yarımmüdafiəçisi Pablo Fornals layiq görülüb.

İspaniyadan olan 26 yaşlı futbolçu Konfrans Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Rumıniyanın “Styaua” komandasına 3:0 hesabıyla qalib gəldikləri oyunda dubla imza atıb.

Xatırladaq ki, Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına Aleksandr Çavriç (“Slovan”, Slovakiya), Rikkardo Saponara (“Fiorentina”, İtaliya) və Mixal Skoraş (“Lex”, Polşa) da namizəd idi.

Oxşar xəbərlər

Qonsales layiq olduğunu aldı
Həftənin ən yaxşı oyunçusu adına namizədlər - Konfrans Liqası
Yankoviç həftənin ən yaxşısı ola bilmədi
Həftənin ən yaxşı futbolçusu bilindi - Avropa Liqası
Həftənin ən yaxşısı bilindi - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər