reklam
İngiltərə klubu maliyyə qaydalarını pozub
Sportfm.az xəbər saytı

İngiltərə klubu maliyyə qaydalarını pozub


UEFA maliyyə qaydalarını pozduğu üçün 2020-ci ildə “Mançester Siti”nin iki il müddətinə Çempionlar Liqasından kənarlaşdırılması barədə qərar qəbul etmişdi. Ancaq İdman Arbitraj Məhkəməsi (CAS) sonradan bu cəzanı aradan qaldırdı.

Sportfm.az xəbər verir ki, İngiltərə Premyer Liqasının komissiyası “Mançester Siti”ni liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilib. Müstəqil komissiyanın “şəhərlilər”i çoxsaylı qayda pozuntularında təqsirli bilməsindən sonra UEFA klubla bağlı yeni iş aça bilər.

UEFA-nın əvvəlki araşdırması zamanı qurumun əlində İngiltərə Premyer Liqası rəsmilərinin əldə etdiyi sübutlar olmayıb.

Hazırda UEFA “Mançester Siti”nin apellyasiya prosesini diqqətlə izləyir. “Şəhərlilər” apellyasiya məhkəməsində məğlub olacağı təqdirdə, UEFA-nın yeni araşdırmaya başlaya biləcəyi söylənilir.

Oxşar xəbərlər

10 klub avrokuboklardan kənarlaşdırılır
"Barselona"nın "xəyanəti" bağışlanmadı
"Mançester Siti" ilə bağlı mühüm qərar - Şikayəti təmin edildi
“Mançester Siti”nin cəzası ləğv edildi - RƏSMİ
Klublar "Mançester Siti"nin Çempionlar Liqasından kənarlaşdırılmasını tələb etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər