Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elnur Məmmədov daha bir plan hazırladı
Gəncə şəhərində voleybol üzrə bədən tərbiyəsi müəllimlərinin seminarı təşkil edilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası, Voleybol İnkişaf mərkəzi CEV və FİVB-nin birgə təşkil etdiyi seminar FİVB məşqçi instruktoru Papa Georgeous tərəfindən aparılıb.
Seminar iştirakçıları üçün voleybolun tədris olunması haqqında danışılıb, video materiallara baxılıb. Sonra Gəncə şəhər Mircəlal Paşayev adına 39 nömrəli orta məktəbin idman zalında seminarın praktik hissəsi nümayiş etdirilib.
Papa Georgeous seminar iştirakçılarının voleybol biliklərindən razılıq edərək, hər kəsə uğurlar arzulayıb.
Qeyd edək ki, 2017-ci ildə ilk dəfə olaraq voleybol üzrə Avropa Çempionatı Azərbaycanda keçiriləcək. Turnirin D qrupunun oyunları Göygöldə baş tutacaq. Bu məqsədlə Azərbaycan Voleybol Federasiyasının nümayəndələri Elnur Məmmədov və Əbülfəz Hüseynov Göygöl şəhərinə yollanıb. Gəncə və Göygöl şəhərlərinin rəhbərlikləri ilə keçirilən görüşdə Avropa Çempionatının keçiriləcəyi Olimpiya Kompleksində lazımı işlərin aparılması üçün müvafiq plan hazırlanıb.
Oxşar xəbərlər
Voleybol məşqçiləri üçün seminar keçirildi
Bakıda məşqçilər üçün növbəti beynəlxalq seminar
Bakıda voleybol festivalı keçirilir
Voleybol üzrə təcrübəli məşqçilər Naxçıvanda
Bakıda voleybol üzrə daha bir seminar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası