
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Voleybol üzrə təcrübəli məşqçilər Naxçıvanda
Azərbaycan Voleybol Federasiyasının əsas vəzifələrindən biri ölkəmizin müxtəlif bölgələrində voleybol idman növünün inkişaf etdirilməsidir.
Sportfm.az xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Voleybol Federasiyasının və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə voleybol üzrə təcrübəli məşqçi müəllim Aleksandr Çyornıy, idmançılar Aleksandr Vasiliyev, Dimitri Baranov və Azərbaycan Respublikası Voleybol Federasiyasının İdman şöbəsinin müdiri Elnur Məmmədov Naxçıvan Muxtar Respublikasına dəvət olunub.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində dəvət olunmuş məşqçi-müəllimlər 20-yə yaxın idmançıya təlim-məşq toplanışı keçib. Sonra isə stadionda seminar təşkil olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının yığma komandasının üzvləri üçün voleybol üzrə təcrübəli məşqçi-müəllim Aleksandr Çyornıy tərəfindən keçirilən təlim-məşq toplanışı davam edəcək.
Oxşar xəbərlər
Voleybol məşqçiləri üçün seminar keçirildi
"Araz-Naxçıvan" yaşıl meydanlara qayıdır!
Elnur Məmmədov daha bir plan hazırladı
İlham Əliyev voleybol çempionatı ilə bağlı sərəncam imzaladı
Ölkə çempionatında bir görüş təxirə salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sumqayıt" Yankoviçi aldı, "Şamaxı" Rikardonu heyətinə qatdı - Transferlər
-
"Kəpəz" milli üzvünü transfer etdi - FOTO
-
"Qarabağ" Krisi transfer etdi - 6 nömrəli formanı daşıyacaq
-
Azərbaycan 1-ci Liqasının başlama tarixi bilindi
-
Atası idmançı qızını güllələdi - Olay
-
“Turan Tovuz”da ayrılıq - Onu da göndərdiər