Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Daçiya”nın kapitanı: ”Bizim üçün uğurlu nəticə ancaq qələbə ola bilər”
Sportfm.az xəbər verir ki, "Daçiya”nın kapitanı Simeon Bulqaru klubun rəsmi saytına 28 iyunda, Bakıda "Kəpəz”lə keçiriləcək görüş barəsində fikirlərini bildirib.
-Simeon "Daçiya” "Kəpəz”ə qarşı Avropa Liqasında debüt oyununa çıxacaq. Sənin fikrincə, qarşılaşma necə keçəcək?
- Düşünürəm ki, çətin matç olacaq. Çünki ilk oyunu səfərdə keçiririk. Məsələnin digər tərəfi isə rəqibin yetərincə güclü olmasıdır. Bu cütdə bizim favorit kimi göstərilməyimiz yanlışdır. Bunu deyənlər səhv edirlər. "Kəpəz” göründüyü kimi, "asan yem” deyil. Həmçinin onların 2-3 min azarkeşi var, ona görə bizim üçün arzuolunmaz rəqibdir.
- Bakıdan hansı nəticə ilə qayıtmaq istəyərdiniz?
- Bizim üçün Bakıda uğurlu nəticə ancaq qələbə ola bilər. Ancaq cavab matçını da unutmaq lazım deyil. Əsas məqsəd iki oyunun nəticəsinə görə, sonrakı mərhələyə vəsiqə əldə etməkdir.
- Görüşün favoriti hansı komandadır?
- Bunu deməkdə çətinlik çəkirəm. Gəncə kollektivinin görüşlərinin videolarını izləmişik. Ancaq bilirsiniz ki, video izləməklə, meydanda mübarizə aparmaq fərqli şeylərdir. Hazırda şansları 55-in, 45-ə onların xeyrinə dəyərləndirərdim, çünki biz səfərdə oynayırıq.
Oxşar xəbərlər
"Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq" - Qurban Qurbanov
Kapitan kubok oyunundan danışdı
Qurban Qurbanov: "Rəqibin daha istəkli olacağını düşünürəm"
"Daçiya"nın prezidenti: "Məqsədimiz "Kəpəz" səddini keçməkdir"
“Daçiya” klubu ilə oyun həmişə çətin keçib! – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası